YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” ötən il 151,9 minə yaxın müraciətə cavab veriblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190- “Çağrı mərkəzləri” ötən ilin dekabr ayında 17 362 müraciətə cavab verib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumi müraciətlərin 96,4 faizini sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, həmin sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlər təşkil edib. “Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin olunub və nazirliyin mütəxəssisləri vətəndaşlara aidiyyəti qanunvericilik aktlarına istinad olunmaqla aydın şəkildə izahatlar veriblər. Digər müraciətlərdə ifadə olunan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat çatdırılıb.

Hər iki “Çağrı mərkəzi”nin fəaliyyətinin təkmilləşdirilməsi, onların əhaliyə xidmət funksiyalarının genişləndirilməsi üçün son illərdə elektron texnologiyaların tətbiqi şəraitində məqsədyönlü işlər görülüb. Hazırda əlillik müayinəsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə 142 - “Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə etmək mümkündür, həmçinin 190 -“Çağrı mərkəzi” vasitəsi ilə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan yaradılıb.

Ümumilikdə son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” 151,9 minə yaxın müraciətə cavab veriblər.