YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Qasımov: Yeni Azərbaycan Partiyası gənclərimiz üçün böyük siyasi məktəbdir

«Yeni Azərbaycan Partiyası gənclərimiz üçün böyük siyasi məktəbdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, BANM-ın rektoru Elmar Qasımov deyib.

E.Qasımov bildirib ki, YAP gənclərin inkişafı üçün mühüm layihələr həyata keçirir. Onun sözlərinə görə, gənclərimiz bu imkanlardan səmərəli şəkildə bəhrələnirlər.

«YAP gənclərimiz üçün həm də inkişaf məktəbidir. Bu yöndə bir sıra layihələr həyata keçirilir ki, onlar siyasi,  təhsil, mədəniyyət, humanitar, iqtisadiyyat, sosial və digər layihələri əhatə edir. Bu gün gənclərimizin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevrilməsi siyasəti uğurla həyata keçirilir. Bütün Azərbaycan gəncliyi, o cümlədən partiyamızda təmsil olunan gənclər bu siyasətdən səmərəli şəkildə istifadə edirlər»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.