YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abraham Kuper: Azərbaycandakı tolerantlıq digər ölkələr tərəfindən nümunəvi model kimi qəbul olunur

Dekabrın 22-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub.

DQİDK–dan bildiriblər ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abraham Kuperin və onun təmsil etdiyi mərkəzin Azərbaycan həqiqətlərinin təbliğində fəal rol oynadıqlarını diqqətə çatdırıb. Sədr dekabrın 21-də Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfransda fəal iştirak etdiyinə görə ona təşəkkürünü bildirib.

Mübariz Qurbanlı öz əhəmiyyətinə görə xüsusi diqqət çəkən konfransın Prezident İlham Əliyevin təşəbbüsü ilə növbəti il də təşkil ediləcəyini söyləyib. O, dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsinin zəruriliyinin nəzərə alındığını və bu prosesin davam etdirilməsi üçün Koordinasiya Şurasının yaradılacağını vurğulayıb. Komitə sədri şuraya yəhudi icmalarının da üzv olacaqlarına və fəal iştirak edəcəklərinə ümidvar olduğunu qeyd edib.

Abraham Kuper bu cür mühüm konfransa dəvətə görə təşəkkürünü bildirib. Konfransın əhəmiyyətinə toxunan qonaq Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlığın, dinə münasibətin ölkələr tərəfindən nümunəvi model kimi qəbul olunduğunu və bəyənildiyini vurğulayıb.