YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan hər bir istiqamət üzrə son illər ərzində uğurlu inkişaf yolu keçmişdir

“Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda idman yüksək səviyyədədir. Əgər idman nəticələrinə fikir versək görərik ki, əksər hallarda idman ancaq inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir. Çünki idmanın inkişafı üçün böyük vəsait lazımdır.” Bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı səsləndirib.

Prezident İlham Əliyev bildirib ki, idmanın inkişafı inkişafımızın ümumi kontekstində mühüm yer tutur. Azərbaycan hər bir istiqamət üzrə son illər ərzində uğurlu inkişaf yolu keçmişdir. Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər.