YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şəmkir rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiyasını keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Şəmkir rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində  Şəmkirdə növbəti ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Şəmkir rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər. Rayon ərazisində park və bağlarda, xiyabanlarda, şəhərin mərkəzi küçələri də daxil olmaqla yeni meyvə ağacları və dekorativ ağaclar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Rayon təşkilatından verilən məlumata görə, ümumilikdə, aksiyalar zamanı 10000-dək ağac əkilib və  3000 ağacın bundan sonra  əkilməsi nəzərdə tutulub. Kampaniya 2018-ci ilin mart ayının sonuna qədər davam edəcək.