YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən daha bir anım tədbiri Polşada təşkil olunub

Azərbaycanın Polşadakı səfirliyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri təşkil olunub.

Səfirlikdən bildiriblər ki, tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan tələbələrimiz, konsulluq qeydiyyatında olan həmvətənlərimiz, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyətinin hər iki, yəni, SSRİ və müstəqil Azərbaycan Respublikası dövrü haqqında iştirakçılara ətraflı məlumat verib. Həsən Həsənov Azərbaycan xalqının Ümummilli Liderinin yüksək bəşəri keyfiyyətləri, xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı haqqında danışaraq, onun demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunu bildirib. O, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin yeridilməsində, iqtisadiyyatın inkişaf etməsində, hərbi quruculuq sahəsində Ulu Öndərin misilsiz fəaliyyətindən söz açıb. Həsən Həsənov ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da iştirakçılara məlumat verib.

Polşalı jurnalist Yatsek Pototski tədbirdə çıxış edərək Polşaya rəsmi səfəri zamanı Heydər Əliyevdən müsahibə almaq şərəfinə nail olduğunu bildirərək öz xatirələrini bölüşüb. Heydər Əliyevi jurnalistlərin dostu adlandıran Yatsek Pototski onun sadə insanlara qarşı səmimi və mehriban münasibətindən danışıb.

“Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, dilinin və ədəbiyyatının təbliğinə göstərdiyi xüsusi diqqət və qayğıdan, bununla bağlı verdiyi mühüm qərarlardan danışıb.

Sonda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.