YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər nazirinin müavini: Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaqlar

Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaqlar. Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mildə balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq.

Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv