YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Xarici işlər nazirlərinin görüşü danışıqlar prosesi çərçivəsində atılan addımlardan biridir

«Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü danışıqlar prosesi çərçivəsində atılan addımlardan biridir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik səylər güclənib. Onun fikrincə, bunun nəticəsidir ki, danışıqlar prosesində dinamiklik artıb.

«Amma bu dinamiklik nəticə verməlidir. Bu məsələdə ölkəmizin mövqeyi kifayət qədər prinsipal və qətidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz heç vaxt öz ərazimizdə ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyik. Torpaqlarımız gec-tez işğaldan azad olunacaq»-deyə, deputat qeyd edib.