YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Asiyanın Qəlbi – İstanbul Prosesi”nin Bakı Bəyannaməsində ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığının vacibliyi bildirilib

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının Bakı Bəyannaməsi qəbul olunub.

Bəyannamədə ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklər bir daha təsdiq edilib. Həmçinin dövlətlərin suverenliyi, ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyi qeyd olunub, bu əməllərdən çəkinmənin vacibliyi bildirilib.

Bəyannamədə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin regionda dialoq və etimadın gücləndirilməsində əhəmiyyətli rolu bir daha vurğulanıb.

Sənəddə, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin artırılması, sülh, təhlükəsizlik, regional əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.

Bəyannamədə 7-ci nazirlər konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilib.

 

DİGƏR Xəbərlər Arxiv