YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cornelius Zimmerman: Azərbaycanın Əfqanıstana etdiyi yardımlar yüksək qiymətləndirilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən 7-ci nazirlər konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsi Cornelius Zimmerman ilə görüşüb.

Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının işi və sözügedən platformanın oynadığı mühüm rol təqdir edilib.

Elmar Məmmədyarov ölkəmizin NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakı, eləcə də Əfqanıstan nümayəndələrinin idarəçilik, silahlı qüvvələr üzərində mülki nəzarət, mina təmizləmə, hüquq-mühafizə, hərbi sahədə qabiliyyətlərinin artırılması məqsədilə həyata keçirdiyi təlim və kurslardan söz açıb və bu dəstəyin davam etdiriləcəyini bildirib.

Nazir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin keçən həftə Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə qeyd etdiyi kimi Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha çox töhfə vermək üçün orada xidmət edən hərbi qulluqçuların sayının artırılacağını diqqətə çatdırıb.

Cornelius Zimmerman Əfqanıstanın Bərpası Xüsusi Fonduna və Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna Azərbaycan hökumətinin etdiyi yardımları yüksək qiymətləndirib.