YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixeil Canelidze: “Cənub Qaz Dəhlizi” Türkmənistana öz qazını Türkiyə və Avropaya nəql etmək imkanı yaradacaq

Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması bu ölkəyə öz qazını Türkiyə və Avropaya nəql etmək imkanı yaradacaq.

Bu fikri Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Aşqabadda keçirilən Enerji Xartiyası Konfransının 28-ci sessiyasındakı çıxışında bildirib.

Gürcüstanın tranzit ölkə qismində iştirak etdiyi layihələrdən danışan M.Canelidze dörd əsas layihəni - “Şahdəniz-2”, “Cənub Qaz Dəhlizinin genişləndirilməsi”, “Trans-Anadolu qaz kəməri” (TANAP) və “Trans-Adriatik qaz boru kəməri” (TAP) layihələrini özündə birləşdirən “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasından xüsusi söhbət açıb. O qeyd edib ki, bu qaz dəhlizi bütün region ölkələri və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət daşıyır.

Mixeil Canelidze TAPİ layihəsinə - Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan arasında tikilən qaz boru kəmərinə də toxunub. Gürcüstan baş nazirinin müavini hesab edir ki, Türkmənistan Azərbaycandan gələn qaz boru kəmərlərinə qoşula və Gürcüstan vasitəsilə öz qazını Avropaya ixrac edə bilər.

 

DİGƏR Xəbərlər Arxiv