YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Brüsseldə separatizmlə bağlı Beynəlxalq Forumda səslənən fikirlər dünya üçün həyəcan siqnalıdır

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin bu ölkədə nəşr olunan “Gözlem” qəzetində “Separatizm” sərlövhəli məqaləsi dərc edilib.

Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forumun iştirakçısı olan Akkan Suver bütün dünya üçün böyük təhlükəyə çevrilən separatizmi yaradan və inkişaf etdirən səbəblər barədə fikir və mülahizələrini türkdilli oxucularla bölüşüb. Türkiyəli professor məqaləsində əsaslandırır ki, separatizm təkcə mədəniyyətlər və dinlər arasında münasibətlərə deyil, artıq iqtisadiyyat, ticarət kimi sahələrə də mənfi təsirini göstərir.

Soyuq müharibə dövrü başa çatandan sonra dünyada baş vermiş bir sıra mühüm tarixi hadisələri xatırladan müəllif diqqətə çatdırır ki, Brüsseldə keçirilən Beynəlxalq Forumda səslənən fikirlər dünya ictimaiyyəti üçün həyəcan siqnalıdır.