YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Bu gün peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur

«Peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Bu sahədə həm Bakıda, həm də bölgələrdə müasir standartlara uyğun təhsil məktəbləri yaradılır». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bu gün peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur. Onun sözlərinə görə, bununla bağlı bir sıra ölkələrin qanunvericilik sənədləri və təcrübəsi öyrənilib, eyni zamanda, yerli reallıqlar da nəzərə alınaraq yeni qanun layihəsi hazırlanıb. Həmçinin Avropa İttifaqının nümayəndələri ilə görüşlər keçirilib, Avropa peşə təhsili sistemi, bunun ölkəmizdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

«Peşə təhsili haqqında» qanun layihəsi işçi qrupunda, Peşə Təhsili üzrə Dövlət Agentliyində Avropa Komissiyası nümayəndələrinin iştirakı ilə bir neçə dəfə müzakirə olunub. Qanunun hazırlanması zamanı dövlət maraqları, ölkənin reallıqları nəzərə alınıb. Sənəd ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə bu sahədə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir. Qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisi üçün peşə hazırlığının bütün formalarına şamil edilir»- deyə, komitə sədri vurğulayıb.