YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana təzyiq göstərməlidirlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti şəkildə bildirməlidirlər.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.

“İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, üç böyük dövlət - Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir”, - deyə Yaqub Mahmudov qeyd edib.

Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan deputat bildirib: “Azərbaycanın Avropa siyasətində Bolqarıstan mühüm yer tutur. Biz Azərbaycanda Bolqarıstana Avropaya açılan qapı kimi baxırıq. Bizim enerji siyasətimizdə Bolqarıstanın mühüm yeri var. Yaxın zamanlarda Azərbaycanın karbohidrogen və qaz ehtiyatlarından Bolqarıstana böyük pay düşəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması bizim Bolqarıstanla da iqtisadi əlaqələrimizə çox müsbət təsir göstərəcək”.