YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyevanın rəhbərliyi ilə Rusiya Azəbaycanlı Gənclər Birliyi getdikcə daha güclü və nüfuzlu təşkilata çevrilir

Rusiyada “Coğrafi imla” beynəlxalq aksiyası keçirilib. Rusiya Azəbaycanlı Gənclər Birliyi (RAGB) də aksiyada iştirak edib.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən “Çoğrafi imla” aksiyası ölkənin bütün regionlarında keçirilib. M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən tədbirə 15-dən çox RAGB fəalı qatılıb.

RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev aksiyanın açılışında çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti, təşkilatın rəhbəri Leyla Əliyevanın salamlarını çatdırıb, onun adından iştirakçılara bilik yarışmasında uğurlar arzu edib.

E.Hacıyev deyib ki, Rusiya Azəbaycanlı Gənclər Birliyi Leyla Əliyevanın rəhbərliyi ilə getdikcə daha güclü və nüfuzlu təşkilata çevrilir. “RAGB-nin böyük federal aksiyada iştirak etməsi bizim təşkilatın Rusiyada nüfuzlu və əhəmiyyətli birliyə çevrildiyinin sübutudur. “Çoğrafi imla” Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən miqyaslı maarifləndirmə aksiyasıdır. Biz Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti Sergey Şoyqu başda olmaqla cəmiyyətin rəhbərliyinə aksiyada iştiraka dəvətə görə təşəkkürümüzü bildiririk”.

E.Hacıyev bu il Azərbaycanın da bu aksiyaya qoşulduğunu vurğulayaraq deyib: “Çoğrafı imla” aksiyası M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında da keçirilib. Azərbaycandan başqa aksiyaya Argentina, Böyük Britaniya, Danimarka, Norveç, Serbiya, Suriya, Türkiyə, Çexiya, Çin, Rumıniya və digər dövlətlər də qoşulub”.

Daha sonra aksiya iştirakçıları imla yazıblar. Onlar 45 dəqiqə ərzində 30 suala cavab veriblər. Suallar üç blokdan - çoğrafi anlayış və terminlərin izahının müəyyən edilməsi, çoğrafi obyektlərin xəritədə müəyyən edilməsi, ədəbiyyat nümunələri fraqmentlərində çoğrafi obyektlərin müəyyən edilməsindən ibarət olub. Düzgün cavablara görə iştirakçılar ən yüksək 100 bal ala bilərlər. İmlaların qiymətlərini dekabrın 25-dən sonra dictant.rgo.ru saytından öyrənmək olar.

Tədbirin sonunda E. Hacıyev iştirakçılara “Çoğrafi imla” beynəlxalq təhsil aksiyasında iştiraka görə Şəhadətnamə”lər təqdim edib.