YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb

«Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb. Onun sözlərinə görə, ölkə Prezidentinin tapşırığı ilə yoxlamaların müddətinin növbəti dəfə uzadılması da sahibkarlığın inkişafına yönələn addımdır.

«Son vaxtlar həyata keçirilən sosial- iqtisadi siyasət nəticəsində iqtisadiyyatımız daha da inkişaf edir. Nəzərdə tutulan tədbirlərin reallaşması daha böyük naliyyətlərin əldə olunacağını deməyə əsas verir»- deyə, nazir müavini vurğulayıb.