YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar investisiya yatırıb

Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycana investisiyaları 21 milyard ABŞ dolları təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 24-də Bakıda keçirilən “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfransda deyib.

Nazir əlavə edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif proqramlar çərçivəsində də geniş əməkdaşlıq mövcuddur və Aİ tərəfindən 1992-ci ildən ölkəmizə 595 milyon avro məbləğində yardım göstərilib. Əməkdaşlıq Tvinninq, TAIEX, SIGMA, büdcəyə dəstək, texniki yardım layihələri vasitəsilə həyata keçirilir.

“Bu günədək 45 Tvinninq layihəsi üzrə işlər aparılıb. Bunlardan 29 layihənin icrası müvəffəqiyyətlə yekunlaşdırılıb, 13 layihənin icrası davam edir və 3 layihə hazırlıq mərhələsindədir. Tvinninq layihələri üzrə Azərbaycan regionda liderdir”, - deyə Ş.Mustafayev qeyd edib.

O bildirib ki, Avropa İttifaqı və ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə 8 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri, 24 üzv ölkə ilə İkiqat vergitutmanın aradan qaldırılması sazişi, 17 üzv ölkə ilə Sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişi imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv