YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir

«Dövlət  tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir». Bu fikri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, dövlət tərəfindən aqrar sahəyə qayğının artırılması istiqamətində subsidiyaların və vergidən azadolma, bu sahədə həyata keçirilən təşviqedici layihələr fermerlər tərəfindən yüksək qiymətləndirilir. Tütün, barama, pambıq və s. sahələrdə ciddi irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran nazir müavini bildirib ki, Aqrolizinq ASC tərəfindən bu il 10 000-ə  yaxın texnika gətirilərək istifadəyə verilib.

«Bu sahədə daim sahibkarlarla görüşüb müzakirlər aparılır. Fermerləri narahat edən məsələlər qısa müddət ərzində kənd təsərrüfatı əməkdaşları tərəfindən diqqətlə araşdırılır. İş adamlarının aqrar sahənin inkişafında rolu böyükdür»-deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv