YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq

Xəzər sülh və dostluq dənizi olaraq qalacaq. İran və digər Xəzəryanı ölkələr dəniz vasitəsilə əməkdaşlıq əlaqələrini artırıblar.

Bu sözləri İran ordusunun dəniz qüvvələrinin komandanı admiral Hüseyn Hanzadi keçirdiyi mətbuat konfransında deyib.

Admiral qeyd edib ki, İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstanın dəniz qüvvələri sülhün və əmin-amanlığın qorunması istiqamətində əməkdaşlıq edirlər və bu əməkdaşlıq gündən-günə genişlənir.

H.Hanzadi diqqətə çatdırıb ki, gələn ilin may ayında Xəzəryanı dövlətlərin dəniz qüvvələrinin komandanları İranın Gülüstan vilayətində görüşəcəklər. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə ediləcək.