YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 4 milyon 286,37 min dollar təşkil edib

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 286,37 min dollar təşkil edib. Bu barədə  Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, yanvardan oktyabrın sonuna kimi Azərbaycandan Moldovaya 118,46 min dollar dəyərində məhsul ixrac edilib. Hesabat dövründə Azərbaycan Moldovadan 4 milyon 167,91 min dollar dəyərində məhsul idxal edib.