Xəbərlər
Azərbaycan ilə Braziliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə aprelin 28-də bu ölkəyə işgüzar səfərə getmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.