YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan II Dünya Turizm və Mədəniyyət Konfransında təmsil olunacaq

Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransı keçiriləcək.

Konfransda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edəcək.

Konfrans turizm və mədəniyyət sektorları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, 2030-cu ilədək Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaqda bu sahələrin roluna həsr olunacaq. Tədbir mədəniyyət və turizm nazirliklərindən, müvafiq sektorlar üzrə milli, regional və yerli hakimiyyət orqanlarından, akademik müəssisələr və özəl sektordan 500-dək nümayəndəni bir araya gətirəcək.