YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tovuzlular "700 min ağac əkək" kampaniyasında fəal iştrak edir

Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "700 min ağac əkək" kampaniyası çərçivəsində tədbirlərə start verilib. Kampaniyanın ilk günündə YAP Tovuz rayon təşkilatının Suvarma sistemləri idarəsi, Düz Cırdaxan, Cəlilli, Meşə idarəsi və digər ərazi ilk partiya təşkilatları fəallarının iştrakılə 4,5 hektar ərazidə 2100 ədəd meyvə ağacları əkilib. Rayon təşkilatı, meşə mühafizəsi və bərpası idarəsi ilə birlikdə kampaniyanı davam etdirir.

Qeyd edək ki, kampaniya rayonun bütün kəndlərini əhatə edəcək və ağacəkmə mövsümünün sonunadək rayon üzrə 7500-dən çox ağac və bəzək kollarının əkilməsi nəzərdə tutulur.