YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti: Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrini icra edən xanım Syu Saarnion Trend-ə müsahibəsində bildirib ki,  Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək.

Xanım Syu Saarnion:” “Layihənin reallaşdırılmasında böyük irəliləyişlər əldə edilib. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi və Transanadolu boru kəmərinin (TANAP) tikintisi demək olar ki, başa çatıb. Bundan başqa, Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinin reallaşdırılmasında, xüsusilə də Yunanıstan və Albaniyada mühüm irəliləyiş əldə edilib. TAP-ın İtaliya sahəsinin tikintisində də yaxşı nəticələr müşahidə olunur. Burada əvvəlcə müəyyən çətinliklər qeydə alınmışdı. Biz əvvəlki kimi əminik ki, Türkiyəyə qaz tədarükü 2018-ci ildə, İtaliyaya isə 2020-2021-ci illərdə başlayacaq”.