YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

«17 noyabr Milli Dirçəliş Gününün xalqımızın taleyində xüsusi yeri var. Xalqımız öz dirçəlişi uğrunda şərəflə  mübarizə aparıb». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, müstəqilliyin  əldə olunması başqa, onun qorunması və inkişaf etdirilməsi isə başqa bir məsələdir. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin qorunması və  inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı qaldırdı və milli  ordu quruculuğuna başladı.

«Biz bu məsələlərdə haqqı olan insanların əməyini qiymətləndirməliyik. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və bugünkü səviyyəyə gəlib çatmasını mütləq qeyd etməliyik.  Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə gəlincə, bu məsələ həmişə diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev bu barədə tədbirlərin keçirilməsi, cümhuriyyət qurucularının adının əbədiləşdirilməsi və onun tarixinin araşdırılması haqqında mühüm qərarlar verib. Bu gün isə Prezident İlham Əliyev bu yolu davam etdirir. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında Sərəncamında da geniş məsələlər əksini tapıb. Amma  bəzi siyasi partiyalar bu məsələdə maneçilik törətməyə çalışırlar. Xalq Cümhuriyyəti  Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə partiyasının adını keçmişdə fəaliyyət göstərmiş bir partiyanın adı ilə adlandırsa da, bu, o partiya demək deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan, Azərbaycan xalqının tarixinə aid partiyadır. Bugünkü Müsavatla, o Müsavat tamamilə başqa-başqadır. Azərbaycan Xalq Cümhuriyyəti  dövründəki Müsavat Partiyası Azərbaycan xalqının partiyasıdır və qarışıqlıq salıb, ümumi işə xələl gətirmək lazım deyil»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.