YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar

«Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyində də qeyd etdi ki, artıq ikili standartlar riyakar standartlara çevrilib». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb.

 “Hansı ki, qurumun Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Bu yaxınlarda  qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Parlamenti müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada sifarişlə fəaliyyət göstərirlər. Bu ölkəmizə qəzərli mövqenin nümayişidir”- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv