YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı işlərə start verilib

«Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı ilə əlaqədar Milli Məclis tərəfindən də müəyyən tədbirlər keçiriləcək. Xalq Cümhuriyyətinin yubileyi, həm də Azərbaycan parlamentinin  yubileyidir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O.Əsədov bildirib ki, parlamentin 100 illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib. Onun sözlərinə görə, Milli Məclis ölkə Prezidentinin müvafiq sərəncam imzalamasından dərhal sonra lazımi işlərə başlayıb.

«Həm Cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. Bu yöndə işlər gedir və yaxın zamanlarda nəticəsini görəcəksiniz»- deyə, spiker vurğulayıb.