YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğu böyük nailiyyətdir

Dünyada müxtəlif sahələrdə, o cümlədən, mənəvi dəyərlər zəminində yaşanan böhranların fövqündə Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğu olduqca böyük nailiyyətdir. Bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşdə deyib.

QMİ sədri onu yeni təyin olunması münasibətilə təbrik etdi, qarşıdakı fəaliyyətində uğurlar dilədi. Səfir öz növbəsində, Şeyxülislama qəbula görə təşəkkürlərini bildirərək, üç aylıq səfirlik fəaliyyəti ərzində ölkəmizlə tanışlığı barədə təəssüratlarını bölüşdü. İtaliyalı səfir dinin hər bir cəmiyyətin həyatında önəmli yer oynadığını vurğulayaraq, Azərbaycandakı dini-mənəvi həyatla bağlı müşahidə etdiyi reallıqlardan məmnun olduğunu bildirdi. Bu əsnada, Azərbaycanda dini sahədə mövcud həyatın bütün dünya üçün əhəmiyyətli nümunə olduğunu bildirən səfir, ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında mövcud mehriban dostluq və əməkdaşlıq mühitini yüksək dəyərləndirib.

QMİ sədri dünyada müxtəlif sahələrdə, o cümlədən, mənəvi dəyərlər zəminində yaşanan böhranların fövqündə Azərbaycanda gerçək dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğunu olduqca böyük nailiyyət kimi dəyərləndirdi. Azərbaycanın tolerantlılq, multikulturalizm məkanı olaraq dinlər və mədəniyyətlərarası dialoqa dair qlobal forumlara mütəmadi ev sahibliyi etməsinin beynəlxalq önəmi haqqında danışan QMİ sədri, dövlət başçısının elan etdiyi Multikulturalizm, ardınca İslam Həmrəyliyi illəri çərçivəsində QMİ-nin ölkəmizdə və ölkə xaricində həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər - xüsusilə, bu yaxınlarda İspaniya Krallığında baş tutmuş Beynəlxalq Konfrans, habelə ilin sonunda Bakıda keçiriləcək yüksək beynəlxalq forum barədə barədə səfirə məlumat verdi. Bu tədbirlərin doğurduğu rezonansın olduqca müsbət olduğunu bildirən səfir bundan sonra bu növ tədbirlərdə İtaliyanın yaxından iştirakı məsələsinin diqqətdə olacağını bildirdi.