YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər

«Ötən 25 il ərzində Azərbaycan böyük inkişaf yol keçib. Bu illər xalqımızın şərəfli tarixidir. 1992-ci  ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyimizin qarantı kimi yaradıldı. YAP-ın yaradılmasının 25 illik yubiley mərasimində çıxışında partiyamızın Sədri, cənab Prezident İlham Əliyev ötən illər ərzində qazanılan nailiyyətləri, partiyamızın fəaliyyətini çox yüksək qiymətləndirdi». Bu fikirləri  YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki,   Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yarandı: “O dövrdə Azərbaycanda çoxpartiyalı sistem hələ təzə-təzə formalaşırdı. Kimlər isə din adından sui-istifadə edərək partiya yaradırdılar. Ancaq xalq yaxşı başa düşürdü ki, onlardan heç biri Azərbaycanı üzləşdiyi çətinliklərdən qurtarmaq iqtidarında deyil. Xalqımız problemlərdən çıxış yolunu məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Doğrudur, partiya yaradılanda güclü təzyiqlər olurdu, amma buna baxmayaraq, biz geri çəkilmədik. 91 ziyalının partiya yaradılması ilə bağlı müraciətinə Ulu öndərimiz müsbət cavab verdi”.
Ümummilli lider Heydər Əliyevin “YAP – dünənin, bu günün, gələcəyin partiyasıdır” fikrini xatırladan S.Novruzov vurğulayıb ki, YAP fəaliyyət göstərdiyi 25 il ərzində düşünülmüş siyasətə, ağlın, idrakın gücünə və mənəviyyata əsaslanaraq ölkəmizi üzləşdiyi çətinliklərdən, məhv olmaq təhlükəsindən, xaosdan, dövlət çevrilişi cəhdlərindən qoruyub. Bu gün müstəqil Azərbaycan dünyada böyük nüfuza malik ölkə kimi tanınır. Eyni zamanda, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmizin etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsasları yaradılır. 

S.Novruzovun sözlərinə görə, partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər. Bu gün Azərbaycanın inkişaf edərək güclü dövlətə çevrildiyini söyləyən YAP İcra katibinin müavini qeyd edib ki, ötən 25 ildə qazanılan yüksək nailiyyətlərin arxasında Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın əməyi dayanır.