YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçkilərin tarixi toplusunu nəşr edəcəkdir

Noyabrın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən  bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli sərəncamları ilə ölkəmizin ictimai-siyasi həyatında fəal və səmərəli fəaliyyətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Mərkəzi Seçki Komissiyasının üzvləri Şaitdin Sərdar oğlu Əliyev və Nizami Hüseyn oğlu Nadirova dövlət mükafatlarının təqdim edilmə mərasimi keçirilib.

Tədbirdə sədr Məzahir Pənahov çıxış edərək dövlətimizin başçısı tərəfindən verilən bu yüksək qiymətin Mərkəzi Seçki Komissiyasında böyük minnətdarlıqla qarşılandığını bildirib və ölkə rəhbəri adından ordenləri sahiblərinə təqdim edib.

Sonra Komissiyanın 2017-ci il iyulun 28-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

İclasda Azərbaycanda seçkilərin tarixi toplusunun nəşri ilə bağlı məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

 

DİGƏR Xəbərlər Arxiv