YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət və bu kimi digər dəyərlərin təbliğinə xüsusi yer verir

«Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi və bu kimi digər dəyərlərin təbliğinə xüsusi yer verir. Təsadüfi deyil ki, Azərbaycanın siyasi səhnəsinə qədəm qoyarkən Yeni Azərbaycan Partiyasının ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı olub. Məmnunluq hissi ilə qeyd edə bilərik ki, bu şüarda səslənən müddəalar faktiki olaraq həyata keçirilib». Bu fikirləri yap.org.az saytına YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ötən illər ərzində ölkəmizdə bazar iqtisadiyyatına aparan köklü iqtisadi islahatlar, hüquqi dövlətin yaranmasına xidmət edən hüquqi islahatlar, demokratik cəmiyyətə rəvac verən siyasi islahatlar aparılıb, qüdrətli ordu yaradılıb. Bir sözlə, yeni, müstəqil Azərbaycan dövləti qurulub, onun istiqlalının dönməzliyi təmin edilib. Qədirbilən xalqımız şah əsəri müstəqil Azərbaycan dövləti olan Ümummilli liderimiz Heydər Əliyevin bu xidmətlərini heç vaxt unutmayacaq.   

«Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən və xalqımızın taleyində mühüm rol oynayan bütün seçkilərdə iştirak edib və hər bir seçkidə parlaq zəfər qazanıb. Partiyamız seçkilərdə iştirak etməklə bir tərəfdən siyasi təcrübə toplayıb, seçki kampaniyaları gedişində təşkilatlanma, ideya-siyasi və təbliğati işdə yeni metodları tətbiq edib, digər tərəfdən isə həmin seçkilərdə əldə etdiyi qələbələr vasitəsilə özünün gücünü, potensialını bütün dünyaya əyani nümayiş etdirib. Bir sözlə, Azərbaycanda seçki yolu ilə, qanuni yolla iqtidara gəlib legitim hakimiyyət yaratmağın ənənəsini Yeni Azərbaycan Partiyası qoyub.          Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən sonra isə həm partiyamız, həm də dövlətimiz qat-qat möhkəmlənib, ölkəmiz beynəlxalq aləmdə nüfuzunu gücləndirib və ölkə əhalisinin maddi rifah halının yüksəlməsinə  nail olunub. Azərbaycan Prezidenti İlham Əliyevin bütün siyasi istiqamətlərdə Ulu öndərimizin kursunu uğurla davam etdirməsi onun Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolunun artırılmasına göstərdiyi qayğıda da öz əksini tapır.       Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilib»- deyə, C.Osmanov qeyd edib.