YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır

«YAP-ın yaradılması xalqımızın siyasi həyatında ən mühüm hadisədir. Tarix baxımından 25 il qısa bir zaman kəsiyi olsa da, bu partiyanın gördüyü işlər və dünyada qazandığı nüfuz çox böyük əhəmiyyətə malikdir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan qadınının fəaliyyəti də partiyaya uğurlar gətirib. Onun sözlərinə görə, YAP bu baxımdan da digər partiyalara örnəkdir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir.

«Ölkənin bütün sahələrində qadınlar böyük rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsi ilə çalışır, bütün sahələrdə böyük işlər görür. Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnəkdir. Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən qadınlarımız ölkəmizə Ulu öndər Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyur. Prezidentimizin reallaşdırdığı böyük siyasətin nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda inamla irəliləyir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.