YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: YAP Azərbaycan xalqına uzun illər xidmət göstərəcək və yeni-yeni nailiyətələrə imza atacaq

«25 il əvvəl Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının həyatında çox əlamətdar hadisədir. 1992-ci ilin noyabrında bu partiyanın yaradılması tarixi hadisədir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP o dövrün mürəkkəb ictimai-siyasi proseslərin fonunda xalqın ümid yeri kimi yarandı. Onun sözlərinə görə, xalqın müxtəlif zümrələrinin, o cümlədən ziyalıların Ümummilli lider Heydər Əliyevə  müraciəti nəticəsində partiyamız yarandı. O vaxtkı hakimiyyətin təzyiqlərinə baxmayaraq YAP qısa müddətdə təşkilatlandı, onun yerli strukturları formalaşdı.  

«Yaranandan qısa müddət sonra partiyamızın qurucusu Heydər Əliyev hakimiyyətə gəldi. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda ictimai-siyasi sabitlik təmin olundu və ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ötən  25 ilin mühüm hadisələrinə nəzər salsaq görərik ki, ən mühüm hadisələr məhz YAP hakimiyyətinin dövrünə təsadüf edir. Bu illər ərzində Azərbaycanda çox  böyük işlər görülüb, dünyanın diqqətini  cəlb edən layihələr reallaşdırılıb. Bütün bunlar Azərbyacanı nənki regionda, bütövlükdə dünyada aparıcı dövlətlərdən  birinə çevirdi. Bu gün Azərbaycan sabitlik adasıdır, respublikamızda hərtərəfli inkişaf gedir, mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Bunların hamısı Yeni Azərbaycan Partiyasının xidmətidir və partiyamızın Sədri, cənab Prezident  İlham Əliyev Ulu öndərin siyasi xəttini davam etdirməklə, YAP-ın uğurlarını daha da genişləndirir. Hesab edirik ki, YAP Azərbaycan xalqına uzun illər xidmət göstərəcək və yeni-yeni nailiyətələrə imza atacaq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.