YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi İran ilə Azərbaycanın iqtisadi əməkdaşlığının əsasını təşkil edir

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşdırılması İran ilə Azərbaycanın iqtisadi əməkdaşlığının əsasını təşkil edir.

Bu sözləri İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini Əsğər Fəxriyyə Kaşani deyib. O bildirib ki, qlobal xarakter daşıyan bu beynəlxalq layihənin həyata keçirilməsi nəticəsində hər iki ölkə təkcə yüklərin tranzit daşınmasından 1 milyard dollar əldə edəcəklər.

Nazir müavini qeyd edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin aparıcı istiqaməti Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoludur. Bu yolun Qəzvin-Rəşt hissəsinin gələn ilin mart ayında istismara veriləcəyi gözlənilir. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan Rəşt-Astara dəmir yolunun inşasına investisiya yatırmağa razıdır. Hər iki ölkə bu yolun tezliklə çəkilməsində maraqlıdır və səylərini əsirgəmirlər.