YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “Forum” jurnalında “Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı” adlı məqalə dərc olunub

Amerikada geniş oxucu kütləsinə malik, ABŞ-dakı Xarici Konsulların Federal Assosiasiyası tərəfindən nəşr olunan “Forum” jurnalının 2017-ci ilin payız buraxılışında “Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı” (Azerbaijan: Land of Hope, Diversity, Tolerance and Opportunity) adlı məqalə dərc olunub.

Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin müəllifi olduğu, Bakının və digər gözəl diyarlarımızın rəngarəng şəkilləri ilə əhatə olunan məqalədə Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş məlumat verilir, müsəlmanların, yəhudilərin və xristianların, eləcə də şiə və sünnilərin dinc yanaşı və sülh şəraitində yaşadıqları, bu müxtəliflik və harmoniyanın ölkəmizdə çiçəklənməkdə davam etdiyi bildirilir.

N.Ağayev Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti haqqında məlumat verərək, müsəlman dünyasında ilk opera (1908), operetta (1913) və baletin (1940) ölkəmizdə səhnəyə qoyulduğunu diqqətə çatdırıb. Milli musiqi və rəqslərimizdən danışan baş konsul onların Azərbaycanın musiqi irsində xüsusi yer tutduqlarını və qədim tarixə malik olduqlarını bildirir. Diplomat Azərbaycan muğamının əsrarəngizliyindən bəhs edərək, balabanda ifa edilmiş muğamımızın dünya musiqi incilərindən biri kimi 1977-ci ildə NASA tərəfindən “Voyager” kosmik uçuş aparatına bərkidilmiş “Qızıl Val”a daxil edildiyini vurğulayır.

2017-ci ilin mayında baş konsulluğun təşkilatçılığı ilə Kaliforniyanın Los-Anceles və San Dieqo şəhərlərində keçirilən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan, tanınmış Azərbaycan musiqiçilərinin ifasında muğamlarımızın, opera musiqimizin və milli rəqslərimizin ifasından ibarət möhtəşəm konsertlər barədə danışan N.Ağayev bu zəngin mədəni irsin 3500-dən artıq kaliforniyalıda dərin iz buraxdığını və tamaşaçıları Kaliforniyadan Qafqaz dağlarının ətəklərinə və Xəzər dənizi sahillərindəki Odlar Yurduna götürdüyünü bildirir.

Sonda baş konsul Azərbaycanın millətlərarası və dinlərarası sülh, harmoniya, qarşılıqlı anlaşma və tolerantlıq modelinin dünyanın başqa yerlərində də tətbiq olunacağına ümid etdiyini vurğulayır.