YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri aydın, məqsədlər isə çoxşaxəlidir

«Yeni mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri aydın, məqsədlər isə çoxşaxəlidir». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi kurs mahiyyət etibarilə yeni nəsil islahatların həyata keçirilməsini, kompleks tədbirlər vasitəsilə bütün sahələrin inkişafının təmin olunmasını özündə ehtiva edir.

«Bu isə Azərbaycanın öz iqtisadi potensialından, idarəetmə resurslarından səmərəli istifadə etməklə yaxın, orta və uzunmüddətli perspektivdə dayanıqlı inkişafa nail olacağını əminliklə deməyə əsas verir»-deyə, E.Səlimov qeyd edib.