YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə toplantı keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatının Qadınlar Şurası tədbir keçirib. Əvvəlcə, iştirakçılar rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndər Heydər Əliyevin büstünün önünə çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib ki, partiyamız ötən 25 ildə şərəfli bir yol keçib. YAP-ın sıralarında qadınların kifayət qədər fəal təmsil olunduqlarını deyən M.İbrahimova əlavə edib ki, Ulu öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.
Toplantıda çıxış edənlərdən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, millət vəkili Jalə Əliyeva, YAP Qadınlar Şurasının sədr müavini, millət vəkili Sevinc Hüseynova Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər.

Tədbirdə YAP-ın yaranmasının 25-ci ildönümünə həsr olunmuş film nümayiş etdirilib.