YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Regional əməkdaşlıq formatlarının yaranmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir

«Hazırda beynəlxalq münasibətlərdə vacib amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük önəm kəsb edir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan regionda  qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malikdir. Onun sözlərinə görə,  ölkəmiz həmçinin bölgədə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarıdır. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlar məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli nəticələr verir. 
«Ümumiyyətlə, regional əməkdaşlıq formatlarının yaranmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı-faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Noyabrın 1-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşünün keçirilməsi də bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı ilk növbədə regional təhlükəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb. Eləcə də, iqtisadi və digər sahələrdə də geniş müzakirələr aparılıb. Bütövlükdə, belə görüşlər regionumuzun inkişafı üçün çox faydalıdır»-deyə, S.Fətəliyeva vurğulayıb.