YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə yeni Avrasiya körpüsünün təməli qoyulur

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə bizim regionda deyil, onun ətrafında da mövcud iqtisadi şəraiti dəyişəcək və inkişafın yeni mərhələsini yaradacaq. Əminliklə demək olar ki, bu gün yeni Avrasiya körpüsünün təməli qoyulur. Bu, təkcə bizim iqtisadiyyatlarımızı deyil, həmçinin vətəndaşlarımızı bir-birinə bağlayacaq, onların rifah halını daha da yaxşılaşdıracaq.

Bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində söyləyib.

Baş nazir vurğulayıb ki, yeni dəmir yolu marşrutunun tam işə düşməsi ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu yük daşımalarından başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. Yeni dəmir yolunun istismarı müasir infrastrukturun inkişafına da töhfə verəcək, yeni bazarlar mənimsənilənəcək, turizm və emal sektoru inkişaf edəcək, yeni iş yerləri yaradılacaq. Bu, bizim regionumuzun iqtisadi inkişafı üçün mühüm amildir.

“Bu gün biz nəinki ticari potensialımızı, eyni zamanda, dünyanın ən iri bazarlarına çıxışımızla ölkələrimizi bir-birinə bağlayırıq. Həm dünya bazarlarının məhsulları, həm öz məhsullarımız yeni kommunikasiyanın yaradılmasını tələb edir”, - deyə Giorgi Kvirikaşvili qeyd edib.