YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Ölkəmiz İslam həmrəyliyin gücləndirilməsi istiqamətində əməli addımlar atır

«Azərbaycan İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi böyük önəm verir». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, ölkəmiz İslam həmrəyliyin gücləndirilməsi istiqamətində əməli addımlar atır. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da bu məqsədə xidmət edir.

«Təəssüf ki, bu gün bir sıra müsəlman ölkələrində qanlı toqquşmalar baş verir. Dini radikalizmin o ölkələrdə yayılması həmin ölkələrin xalqlarını ağır sınaqlar qarşısında qoyur. Belə vəziyyətdən  yalnız birgə səylərlə xilas olmaq mümkündür. İmkan verilməməlidir ki, müəyyən maraqlı dairələr sülh dini olan İslamı terrorla əlaqələndirsinlər. Ona görə də, islam həmrəyliyinin təmin olunması  çox vacibdir»- deyə, akademik vurğulayıb.