YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patriarx Kirill: Dini abidələri təhqir etmək istənilən münaqişə üçün çox təhlükəlidir

Dini abidələri, dini ənənələri təhqir etmək dini hissləri coşduraraq siyasi münaqişəyə cəlb edir, bu isə istənilən münaqişə üçün çox təhlükəlidir.

Bunu Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Rusiya Dinlərarası Şurası Rəyasət Heyətinin iclasında çıxış edərkən söyləyib.

Patriarx Kirill qeyd edib ki, bu yaxınlarda onun dəvəti ilə Ermənistanın və Azərbaycanın dini liderləri Dağlıq Qarabağdakı çoxillik münaqişənin aradan qaldırılması imkanlarını müzakirə etmək üçün Moskvaya gəlmişdilər.

“Bizim qəbul etdiyimiz bəyanatda dini təyinatlı abidələrin qorunmasının, onlara hörmətlə yanaşılmasının zəruriliyi vurğulanır. Biz aydın dərk etdik ki, kimsə müqəddəs olana toxunanda münaqişə yeni qüvvə ilə alovlanır, qəddarlıq dərəcəsi böhran həddinə çatır. Bu səbəbdən də biz prinsipial mövqeyimizi ifadə etdik”, - deyə Patriarx Kirill bildirib.