YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erkan Özoral: İkinci Şopinq Festivalın keçirilməsi ilk festivalın öz hədəfinə çatdığını göstərir

Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır. Azərbaycana səfər edən xarici turistlərin sayının artması, atılan addımların uğurlu nəticəsinin sübutudur.

Bu sözləri festivalın saytına Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.

“Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir. Üstəlik, festival zamanı tətbiq olunan qiymət tənzimləmələri də satışın artımına vasitəçi olmaqda, ölkə iqtisadiyyatına töhfə verməkdədir. Qısa müddət ərzində artıq ikinci Şopunq Festivalın keçirilməsi, ilk festivalın uğurunu, onun hədəfə çatdığını göstərir”, - deyən səfir qeyd edib.

Diplomat əlavə edib ki, bu istiqamətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarımızın açılışını edəcəyi Bakı-Tiflis – Qars dəmiryolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək.