YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Qeyri-neft sənayesinin istehsal imkanlarının genişləndirilməsi prioritet hədəflər sırasında xüsusi yer tutur

«Respublikamızda perspektiv inkişafla bağlı müəyyənləşdirilən prioritet hədəflər sırasında qeyri-neft sənayesinin istehsal imkanlarının genişləndirilməsi xüsusi yer tutur». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq qeyri-neft sənayesində istehsal imkanlarının artırılması həm siyasi cəhətdən, həm də investisiya təminatı baxımından dəstəklənir. Onun sözlərinə görə, ölkəmizdə innovativ əsaslı sənaye quruculuğunun strateji kurs kimi müəyyənləşdirilməsi isə heç də təsadüfi deyil.

«Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub»- deyə, deputat qeyd edib.