YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır

Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə Azərbaycanın müasir silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Ordumuzun əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı iftira dolu növbəti məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin diqqətini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür. Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır.