YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 8-ci Beynəlxalq konfrans Astanada keçiriləcəkdir

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 8-ci Beynəlxalq konfrans (AICT-2014) bu il oktyabrın 15-dən 17-dək Qazaxıstanın Astana şəhərində keçiriləcəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir.

Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir.

Təşkilat Komitəsindən bildirmişlər ki, “AICT-2014” həmin sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaqdır.

Qumilyov adına Avrasiya Milli Universitetinin, Nazarbayev Universitetinin, Qafqaz Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun birgə təşkilatçılığı, “IEEE” - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək tədbirdə cari ildə əsas diqqət informasiya təhlükəsizliyinə veriləcəkdir.

Tədbir işini “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son meyillər , nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə davam etdirəcəkdir.