YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb

İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb.

Bu barədə Bakıda keçirilən "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" adlı konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı ölkədə kapital bazarlarının inkişafı istiqamətində görülən işlərdən danışıb, bu sahənin əhəmiyyətini qeyd edib. O, maliyyə savadlılığının artırılmasının zəruriliyini vurğulayıb.