YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Avropa Şurası da Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur

Avropa Şurası Parlament Assambleyasında payız sessiyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzli və qeyri-obyektivdir.

Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan əleyhinə olan qüvvələrin, erməni lobbisinin və erməni diasporunun təsiri altında olan qrupların fəaliyyətinin nəticəsidir.

M.Qasımlı bildirib ki, belə bir qərarın qəbul edilməsinin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qaçqınlar və məcburi köçkünlər, Xocalıda törədilən soyqırımı məsələlərini daim gündəlikdə saxlayan Azərbaycan nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdırmaq və müxtəlif bəhanələrlə ölkəmizə təzyiq göstərməkdir:

"Belə sənədləri qəbul edənlər anlamalıdırlar ki, Azərbaycan dövləti ilə hökm dilində danışmaq və ona təzyiq etməklə heç bir şeyə nail olmaq olmaz. Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq etmək lazımdır. Onlar bilməlidirlər ki, təkcə Azərbaycan Avropa Şurası qarşısında deyil, eyni zamanda Avropa Şurası da Azərbaycan qarşısında öhdəliklər götürüb. Avropa Şurası onları yerinə yetirməyə borcludur. Digər tərəfdən, həmin qüvvələr dərk etməlidirlər ki, Azərbaycan xalqı və dövləti heç bir dövlətin, təşkilatın tövsiyəsi olmadan özü demokratik inkişaf yolunu seçib və bu yoldan onu yayındırmaq mümkün deyil."

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələri qəbul edilib.