YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib

Oktyabrın 12-də YAP Cəbrayıl rayon  təşkilatının IX konfransı keçirildi. Konfransdan əvvəl qonaqlar və YAP Cəbrayıl rayon  təşkilatı İdarə Heyətinin üzvləri Heydər Əliyev adına mədəniyyət və istrahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular.

Sonra konfrans Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbə klubunda öz   işinə  başladı.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı YAP Cəbrayıl rayon  təşkilatının sədri Arif Fərzəliyev açıq elan edərək geniş hesabat məruzəsi ilə çıxış etmişdir.

A.Fərzəliyev qeyd etmişdir ki, YAP-ın yaranmasının 25 illiyi ərəfəsində keçirilən konfransımız Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən iri və ən güclü siyasi partiyalarından biri olmuşdur. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində bir çox uğurlara imza atmışdır. Partiyamızın sıraları genişlənək 700 mini ötmüş, beynəlxalq nüfuzu artaraq möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyasına Prezidentimiz İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirmişlər. Azərbaycanın müstəqillik dövründə bu müddət ərzində ölkəmiz bir çox ciddi sınaqlarla üzləşmiş, tariximizin ən ağır, ən faciəli hadisələrini yaşamışdır. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əlirza oğlu Əliyevin titanik zəhməti, müdrikliyi və uzaqgörənliyi səyasində respublikamız bu sınaqlardan şərəflə çıxmış, bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmuşdur. 

Sədrin hesabatı dinlənildikdən sonra nəzarət - təftiş qrupunun məlumatı dinlənilmişdir.

Hesabat məruzəsindən sonra çıxış edən YAP Cəbrayıl rayon  təşkilatının fəalları təşkilatın ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.

Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov və Milli Məclisin deputatı Astan Şahverdiyev iştirak edirdilər.

Konfransda YAP rayon təşkilatı aparatı tərəfindən partiya fəallarına Fəxri Fərmanlar təqdim olundu.

Konfransda daha sonra təşkilati məsələlərə baxılmışdır. Konfrans YAP Cəbrayıl rayon   təşkilatının 9 nəfərdən ibarət idarə heyətini, 27 nəfərdən ibarət Şura üzvlərini və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunu seçmişdir.  Arif Fərzəliyev yenidən yekdilliklə rayon  təşkilatının sədri seçildi.