YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Hazırda Azərbaycanın iqtisadi mənzərəsi yeni mərhələdəki islahatlarla səciyyəvidir

«Hazırda Azərbaycanın iqtisadi mənzərəsi yeni mərhələdəki islahatlarla səciyyəvidir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ölkəmizdə biznes mühitinin optimallaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi, ixracın və investisiyaların təşviqi və bu kimi digər mühüm istiqamətləri əhatə edən bu islahatların aparılmasında əsas məqsəd sosial-iqtisadi inkişafın ardıcıllığını təmin etməkdən ibarətdir. Onun fikrincə, 2016-cı ildə və cari ilin birinci yarısında ölkənin inkişafında əldə olunan göstəricilər Azərbaycanda aparılan islahatların kifayət qədər effektiv olmasından xəbər verir.
«Ölkəmizdə aparılan və səmərəli iqtisadi model formalaşdıran islahatlar çoxşaxəlidir. Yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri böyük aktuallıq daşıyır. Bu sənəd iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyub. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaq. Bu baxımdan, strateji yol xəritələrində nəzərdə tutulan məsələlərin uğurla reallaşdırılması mühüm əhəmiyyət kəsb edir»- deyə, C.Osmanov qeyd edib.