YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində, yüksək biliklər qazanmasında təhsil işçilərinin, müəllimlərin rolu müstəsna əhəmiyyət kəsb edir

«Müasir dövrün aktual çağırışları sırasında təhsilə, elmi inkişafa, iqtisadiyyatda innovasiyaların tətbiqinə verilən önəm xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Çünki, ölkələrin inkişaf səviyyəsi təbii resursların həcmi ilə deyil, cəmiyyətin intellektual potensialı,  texnoloji yeniliklərin tətbiqi ilə ölçülür». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, müasir dövlət quruculuğunu strateji hədəf seçən Azərbaycan da məhz ölkə miqyasında təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, dövlət bütövlükdə cəmiyyətin intellektual potensialının davamlı şəkildə artmasını hədəfləyib.

«Təbii ki, təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində, yüksək biliklər qazanmasında təhsil işçilərinin, müəllimlərin rolu müstəsna əhəmiyyət kəsb edir. təsadüfi deyil ki, bu gün dünyada, o cümlədən Azərbaycanda 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü böyük təntənə ilə qeyd olunur.  Hər bir insanın həyatında mühüm rol oynamış, yeri olan, izi qalan müəllimlər az deyil. Bizə əxlaq, tərbiyə, bilik vermiş müəllimləri daim hörmətlə, ehtiramla xatırlayırıq. Həqiqi müəllim olmaq həqiqətən çox şərəflidir. Təsadüfi deyil ki, insanlar övladlarını hamıdan çox müəllimlərə etibar edir. Eyni zamanda müəllim adı müasirlik simvoludur, hörmət simvoludur. Hansısa bir insan hörmət mənasında digərinə müraciət edəndə müəllim deyə müraciət edir. Ona görə də, Azərbaycan dövləti hər zaman təhsil işçilərinə byük diqqət göstərir, onların fəaliyyəti yüksək səviyyədə dəyərləndirilir»- deyə, komitə üzvü qeyd edib.